26.08.2016

Samux rayon təhsil şöbəsində xüsusi istedadlı usaqların məktəbə qəbulu ilə bağlı olaraq komissiya yaradılıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi Samux rayon Təhsil Şöbəsində " Xüsusi istedada malik uşaqların vaxtından əvvəl 1 sinfə qəbulu " qaydalarına uyğun olaraq 6 yaşı 16 sentyabr - 31 dekabr tarixlərində tamam olan xüsusi istedadlı uşaqların məktəbə qəbulu ilə bağlı olaraq aşağıdakı tərkibdə komissiya yaradılıb :

1) Hüseynov Gülağa Hacıbaba oğlu  - sədr. ( Samux RTŞ – nin müdiri )

2) Mürsəlzadə Ceyhun İsax oğlu – üzv.(Samux RTŞ – nin metodisti )

3) Cabbarova Sənaye Cabbar qızı – üzv .( Samux şəhər 3 nömrəli tam orta  məktəbin psixoloqu )

4) Verdiyeva Zöhrə Qasım qızı – üzv.(Sərkar kənd tam orta məktəbinin ibtidai sinif müəllimi )

5) Əsədova SünbüƏhmədovna – üzv .( Samux rayon Mərkəzi Xəstəxanası –uşaq həkimi )

 

Samux rayon Təhsil Şöbəsinə edilmiş müraciətləəsasında  xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbul üçün seçimi “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu “ qaydalarının tələblərinə ciddi riayət oluması şərti ilə  29  avqust 2016- ci il tarixdən  - 10 sentyabr 2016 - ci il tarixə kimi (şənbə ,bazar günlərindən başqa ) Samux rayon Təhsil Şöbəsində aparılacaqdır.