18.11.2016

“Zirvə” intellektual bilik yarışmasının Samux rayonu üzrə seçmə mərhələsi keçirilib

                Noyabrın 17-də Samux rayon şəhər 2 nömrəli tam orta məktəbin idman zalında ARB Kəpəz televizya kanalının təşkil etdiyi “Zirvə” intellektual bilik yarısmasının seçmə mərhələsi keçirilib. 2 turdan ibarət olan yarışmada rayon üzrə tərkibi 4 nəfərdən ibarət olmaqla 8 məktəb komandası iştirak edib.

                Şagirdlərə 16 variyantlı, 16 variyantsız olmaqla 1 və 2-ci tur tərkibində 32 sual təqdim olunub. Təqdim olunan suallara ən çox düz cavab verməklə İnstitut qəsəbə tam orta məktəbi 1-ci yerə layiq görülüb. Qarayeri  qəsəbə 1 nömrəli məktəb ilə Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin komandaları 2 turun nəticəsində bərabər 18 bal topladıqları üçün bu komandalara əlavə suallar təqdim olunub. Əlavə sualları düzgün cavablandırdığı üçün Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin komandası 2-ci yerə layiq görülüb.

                Yarışma nəticəsində qalib gələn komandalar “Zirvə” intellektual bilik yarışmasının regional mərhələsinə vəsiqə qazanıblar.


Açar sözlər: ,  ,