14.03.2017

Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş cüdo idman növü üzrə rayon birinciliyi keçirilib

Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş cüdo idman növü üzrə müxtəlif çəki dərəcələrində məktəblilərin iştirakı ilə rayon birinciliyi keçirilib.

Yarışda 24, 27, 30, 34, 38, 42, 46, 50, 55 və 60 kilo dərəcələrində 57 idmançı mübarizə aparıb. 10 çəki dərəcəsində mübarizə aparan 57 idmançıdan 10 nəfər(Adil Hüseynov, Gürşad Əliyev, Ayxan Rüstəmov, Murad Mustafayev, Muraz Həsənov, Elvin Kərimov, Ülvi Əliyev, Allahverdi Nurəliyev, Fəxrəddin Məmmədov və Şahin Ələkbərov) qeyd olunmuş çəkilər üzrə qalib gələrək UGİM tərəfindən kubok, medal və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, belə yarışlar UGİM tərəfindən mütəmadi olaraq idmançılarda mübarizə əzmini artırmaq, dərsdənkənar asudə vaxtlarını səmərəli keçirmələrinə yardımçı olmaq və onlarda ruh yüksəkliyi yaratmaq məqsədi ilə həyata keçirilir.