15.03.2017

"İki dəyişənli xətti tənliklər sisteminin toplama üsulu ilə həlli" mövzusunda açıq dərs keçirilib

Mart ayının 14-də Samux rayon Lək kənd tam orta məktəbin riyaziyyat müəllimi Könül Cavadova tərəfindən VII sinifdə açıq dərs keçirilib. “İki dəyişkənli xətti tənliklər sisteminin toplama üsulu ilə həlli” mövzusunda təşkil olunmuş açıq dərsdə sinifdə oxuyan 23 nəfər şagird 4 qrup (Qrafik, Əvəzetmə, Toplama, Analitik) üzrə bölünərək iştirak ediblər.

Dərsin mövzusunu daha aydın dərk etməyə yardımçı vasitə kimi  proektor vasitəsi ilə video çarxlar və şəkilərdən istifadə edilib. Qruplara təqdim olunan “İki dəyişənli xətti tənliklər sistemi nəyə deyilir ?” tədqiqat sualı qrup liderləri tərəfindən cavablandırılıb.

Dərsin sonunda ev tapşırığı verilib və şagirdlərin bilik səviyyəsi qiymətləndirilib. Həmçinin keçirilmiş açıq dərs haqqında müşahidəçi qismində iştirak edən məktəb müdiriyyəti və fənn müəllimləri fikirlərini bildiriblər.


Açar sözlər: ,  ,