04.04.2017

Respublika fənn müsabiqəsinin rayon mərhələsinin qalibləri müəyyənləşdirilib

2016-2017-ci tədris ilinin mart ayında şəhər 2 nömrəli tam orta məktəbdə həyata keçirilmiş Respublika fənn müsabiqəsinin I (rayon) mərhələsində Samux rayon ümumi təhsil məktəblərində təhsil alan 186 şagird iştirak edib.

Müsabiqənin rayon mərhələsində iştirak etmiş VI və VII sinif şagirdlərinin təqdim olunmuş suallara düzgün cavab faizlərinə əsasən, iyun ayının 4-də keçirilməsi planlaşdırılan fənn müsabiqəsinin final mərhələsində 20 nəfər şagird iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, müsabiqənin keçirildiyi 5 fənndən, hər fənn üzrə ən yüksək nəticə göstərmiş 4 nəfər şagird seçilib və müsabiqənin Respublika mərhələsində komanda şəklində iştirak edərək Samux rayonunu təmsil edəcəklər.

Aşağıda müsabiqənin Respublika turunda iştirak edəcək şagirdlərin fənnlər üzrə topladıqları düzgün cavab faizlərini və adlarını sizə təqdim edirik:

 

Riyaziyyat fənni:                                                                   Fizika fənni:

Ayxan Ağammədov - 88%                                                    Ramin İsmayılov - 46%

Orxan Mehdiyev - 86%                                                         Mirağa Məmmədov - 42-%

Sənan Namazov - 84%                                                         Məhbubə Qarayeva - 40-%

Mənzər Tağıyeva - 72%                                                         Nurçin Əmirova - 40-%

 

Kimya fənni:                                                                          Biologiya fənni:

Gülnarə Titova - 70%                                                            Şəlalə Vəliyeva - 86%

Sofiya İsmayılova - 52%                                                       Gülnar Məmmədova - 84%

Anar Yusifli - 46%                                                                  İkram Məmmədov - 74%

Gülüstan Xəlilova - 44%                                                       Rabil İmamquliyev - 72%

 

İnformatika fənni:

Şəbnəm Abbasova - 34%

Hüseyn Əhmədov - 34%

Sənan Həsənov - 32%

Nərgiz Namazova - 30%


Açar sözlər: ,  ,