29.12.2017

Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib

Dekabr ayının 29-da Samux Raton Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib. İclas Samux RTŞ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları iştirakı ilə keçirilib.

Keçirilmiş iclasıda gündəlikdə duran məsələlər müzakirə edilib, həmçinin RTŞ-nin aparıcı məsləhətçiləri tərəfindən Alabaşlı və Ziyadlı kənd tam orta məktəblərində Azərbaycan dili, ədəbiyyat və tarix fənnlərinin tədrisi vəziyyəti, Kəsəmən və İstixana kənd ümumi orta məktəblərində qiymətləndirmə konsepsiyasının tətbiqi vəziyyəti və Təhsil Nazirliyinin hüquqi-normativ sənədlərin Samux rayon ümumi təhsil məktəblərində işlənməsi vəziyyətinin yoxlanılması müzakirə edilib.

Daha sonra RTŞ-nin müdiri Gülağa Hüseynov və müdir müavini Faiq Həsənov məktəb direktorlarına görüləcək işlərlə bağlı tapşırıqlarını veriblər. Sonda qərar layihəsi oxunub və suallar cavablandırılıb.


Açar sözlər: ,  ,