15.01.2018

Samux rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində "20 Yanvar" şəhidlərinin xatirəsinə həsr olunmuş Şahmat yarışı keçirilib

Yanvar ayının 15-də Samux rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində təhsil alan məktəblilər arasında “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilib.

100 nəfərdən artıq idmanının iştirak etdiyi yarış Swiss-Manager püşkatma proqramı ilə İsveçrə sistemi üzrə A, B və C qrupları üzrə keçirilib. Keçirilmiş yarışın nəticəsində qaliblər diplom və medallarla mükafatlandırılıb.

A qrupu üzrə:

Aytac Məmmədova I yer

Rza Rzayev II yer

Sübhan Tağızadə III yer.

B qrupu üzrə:

Sənan Əsgərov I yer

Turab Məhərrəmov II yer

Səmural Əliyev III yer.

C qrupu üzrə:

İnci Əliyeva I yer

Azad Nəsibov II yer

Tamerlan Kazımov III yer.