16.01.2018

Şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan dili fənnindən açıq dərs keçirilib

Yanvar ayının 16-da Samux şəhər 2 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi Nərmin Ələkbərova tərəfindən II sinifdə Azərbaycan dili fənnindən açıq dərs keçirilib.

Mövzusu “Əlamət bildirən sözlər” olan açıq dərsdə sinif şagirdləri dörd qrup (Rənglər, Formalar, Ölçülər, Dadlar, Keyfiyyətlər) üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş “Varlıqlar bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənir?” tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.

Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən Samux Rayon Təhsil Şöbəsinin bir sıra əməkdaşları və fənn müəllimləri tərəfindən müzakirə edilib.


Açar sözlər: ,  ,  ,  ,