20.01.2018

"20 Yanvar" faciəsinin 28-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

Yanvar ayının 19-da ölkənin bütün ümumi təhsil məktəblərində olduğu kimi Samux rayon ümumi təhsil məktəblərində də “20 Yanvar” faciəsinin 28-ci il dönümü ilə bağlı silsilə tədbirlər həyata keçirilib.

Keçirilmiş tədbirlərdə məktəb rəhbərliyi və müəllimləri çıxış edərək ölkəmizin başına gətirilmiş bu qanlı faciədən söhbət açıblar. Daha sonra şagirdlərin hazırladıqları kompazisyalar, şer və musiqi parçaları dinlənilib. Həmçinin şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinə baxış keçirilib, hazırlanmış video çarxlar nümayiş etdirilib.

Əksər məktəblərdə “20 Yanvar” şəhidlərinin şərəfinə yaradılmış abidələr ziyarət edilib, gül dəstələri qoyularaq qəhrəman şəhidlər qürurla anılıb.