23.01.2018

Samux rayon ümumi təhsil məktəbləri istiliklə təmin olunub

Samux rayon Təhsil Şöbəsinin nəzdində 35 ümumi təhsil məktəb fəaliyyət göstərir. Qış mövsümünə keçidlə əlaqədar olaraq həmin bu məktəblərin hər biri noyabr ayının 15-dən etibarən istiliklə təmin olunub. Belə ki, 35 məktəbdən 18-i mərkəzləşdirilmiş, 17 məktəb isə fərdi (avtonom) istilik sistemləri vasitəsi ilə qızdırılır.

Qeyd edək ki, 17 fərdi istilik sistemi ilə qızdırılan məktəbdən 5-i odun, 12 məktəb isə dizel yanacağı vasitəsi ilə, həmçinin mərkəzləşdirilmiş istilik sistemi vasitəsi ilə qızdırılan məktəbdə isə qazdan istifadə olunur. Yaxın illərdə bir sıra fərdi istilik sistemləri ilə qızdırılan məktəblərin də mərkəzləşdirilmiş istilik sistemləri ilə təchiz olunması gözlənilir.

 


Açar sözlər: ,  ,