30.01.2018

Riyaziyyat müəllimləri üçün seminar keçirilib

Samux rayon Lək kənd tam orta məktəbdə Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində çalışan riyaziyyat müəllimləri üçün maarifləndirici seminar keçirilib.

RTŞ-nin metodistərli tərəfindən keçirilmiş seminarın keçirilməsində məqsəd müvafiq fənnin tədris keyfiyyətinin artırılması və fənnin tədrisində müasir innovativ texnologiyalardan istifadə ilə bağlı məlumat vermək olub.

Keçirilmiş seminar zamanı iştirak edən müəllimlərə “Riyaziyyat fənninin tədrisində müasir innovasiyalar və yaradıcı yanaşma” və “Müasir məktəbin müəllimi necə olmalıdır?” mövzusunda ətraflı məlumatlar verilib. Seminar iştirakçıların fəal iştirakı ilə diskussiya şəklində davam edib. Müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,