06.02.2018

Samux rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin yetirməsi II yerə layiq görülüb

Yanvar ayının 25-dən fevral ayının 4-ə qədər Mingəçevir şəhərində Gənclər və İdman Nazirliyinin təqvim planına əsasən keçirilən Azərbaycan birinciliyinin seçmə yarışları keçirilib.

Keçirilmiş yarışda Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbini təmsil edən, dəfələrlə rayon daxili və Respublika səviyyəli yarışların qalibi olmuş Aytac Məmmədova 12 yaşlı qızlar arasında qalib gələrək II yerə layiq görülüb və diplomla mükafatlandırılıb.