07.02.2018

Əhmədbəyli kənd tam orta məktəbdə "Dəyirmi masa" keçirilib

Əhmədbəyli kənd tam orta məktəbdə rayon ümumi təhsil məktəblərində çalışan bir sıra müəllimlərin iştirakı ilə Samux Rayon Təhsil Şöbəsinin metodistləri tərəfindən “Dəyirmi masa” keçrilib.

Tədbirin keçirilməsində məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin təbliği sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi olub.

İlk olaraq Əhmədbəyli kənd orta məktəbin direktoru Etibar Abbasova “Dəyirmi masa”nı açıq elan edib və rəhbərlik etdiyi məktəbdə “Təhsildə keyfiyyət ili” ilə bağlı görülən tədbirlər haqqında qısa məlumat verib.

Daha sonra Samux Rayon Təhsil Şöbəsinin metodisti Rəna Əsgərova çıxış edərək “Dəyirmi masa”nın gündəliyində duran mələlər haqqında məlumat verib. Həmçinin “Təlim-tərbiyə prosesinin yeni fənn proqramlarının (kurikulum) tələbləri əsasında qurulması” movzusunda Lək kənd tam orta məktəbin müəllimi Könülün Cavadova və  “Təhsilin keyfiyyətinin idarə olunmasında yeni qiymətləndirmə mexanizmlərinin yaradılması” mövzusunda Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin müəllimi Umani   Əfqanənin məruzələri dinlənilib. Qeyd edilən mövzular ətrafında “Dəyirmi masa”nın iştirakçıları tərəfindən ətraflı fikir mübadiləsi aparılıb.