14.02.2018

Şəhər 2 nömrəli tam orta məktəbdə fizika fənnindən Açıq dərs keçirilib

Samux şəhər 2 nömrəli tam orta məktəbin X təmayül sinfində “Arximed qanunu” mövzusunda fizika fənnindən açıq dərs keçirilib.

Fizika müəllimi Pərvanə Qasımova tərəfindən keçirilmiş açıq dərs zamanı sinifin şagirdləri üç qrup (Arximed, Sıxlıq, Evrika) şəklində bölünərək iştirak ediblər.

Açıq dərs labaratoriya şəraitində müxtəlif əyanı vasitələr, təcrübələrin tətbiqi və şagirdlərin yüksək fəallığı ilə davam etdirilib.

Dərsin sonunda qruplar qiymətləndirilib və ev tapşırığı verilib.


Açar sözlər: ,  ,  ,