27.02.2018

Məktəblilər "Əlaçı" televizya layihəsində iştirak etmək üçün seçim mərhələsində iştirak ediblər

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Əlaçı” televizya layihısinin 6-7-ci mövsümlərində iştirak etmək üçün məktəblilər arasında seçim turu keçirilib.

Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəbləri üzrə 15 nəfər qız, 15 nəfər oğlan olmaqla 30 nəfər 10-cu sinif şagirdi keçirilən seçim turunda iştirak edib.

“Əlaçı” televizya layihəsinin seçim turunda iştirakçılara 50 açıq sual təqdim olunub. Bu turu keçən məktəblilər Bakıda keçiriləcək növbəti tura vəsiqə qazanacaq. Finalın qalibləri isə Televiziya layihəsində iştirak etmək hüququ əldə edəcək.

 


Açar sözlər: ,  ,  ,