05.03.2018

İnstitut qəsəbə tam orta məktəbdə Azərbaycan dili fənnindən açıq dərs keçirilib

Mart ayının 5-də İnstitut qəsəbə tam orta məktəbin II b sinfində Azərbaycan dili fənnindən Sevil İsmayılova tərəfindən açıq dərs keçirilib.

Mövzusu “Ana təbiətin uşaqlara məktubu” olan açıq dərsdə sinif şagirdləri dörd qrup (Ekoloqlar, Coğrafiyaşünaslar, Zooloqlar, Botaniklər) üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş “Biz insanlar təbiəti qorumaq üçün nə etməliyik?” tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.

Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən Samux Rayon Təhsil Şöbəsinin bir sıra əməkdaşları və fənn müəllimləri tərəfindən müzakirə edilib.


Açar sözlər: ,  ,  ,  ,