06.03.2018

“5 Mart-Bədən Tərbiyəsi və İdman” günü münasibəti ilə müxtəlif idman növləri üzrə turnirlər həyata keçirilib

Mart ayının 5-də Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Samux rayon Təhsil Şöbəsinin təşkilatçılığı və Gənclər və İdman İdarəsinin dəstəyi ilə “5 Mart-Bədən Tərbiyəsi və İdman” günü münasibəti ilə şəhər 2 nömrəli tam orta məktəbin idman zalında müxtəlif idman növləri üzrə turnirlər həyata keçirilib.

Dövlət Himinin səsləndirilməsindən sonra açıq elan edilmiş tədbirdə ilk olaraq rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev əlamətdar günlə bağlı fikirlərini qonaqlarla bölüşüb, daha sonra Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev və Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Faiq Aslanov qonaqları və turnir iştirakçılarını təbrik edib onlara yarışda uğurlar arzu ediblər.

Qeyd edək ki, keçirilmiş yarışlar şahmat, cüdo və stolüstü tennis idman növləri üzrə həyata keçirilib, ümumilikdə idman növləri üzrə 200 nəfərdən artıq idmançının iştirak etdiyi yarışın yekununda qaliblər kubok, medal, diplom və başqa qiymətli hədiyyələr ilə mükafatlandırılıb.