07.03.2018

Riyaziyyat müəllimləri üçün maarifləndirici seminar keçirilib

Samux rayon Lüksemburq kənd tam orta məktəbdə Rayon Təhsil Şöbəsinin metodistləri tərəfindən yaxın ərazidə yerləşən yeddi (Poylu kənd tam orta məktəb, Salahlı kənd ümumi orta məktəb, Burunqovaq kənd ümumi orta məktəb, Kəsəmən kənd ümumi orta məktəb, Yenikənd kənd tam orta məktəb, Qırmızı Samux kənd tam orta məktəb) ümumi təhsil məktəbində çalışan riyaziyyat müəllimləri üçün “Müasir tədrisdə riyaziyyatın mənimsənilməsi metodologiyası” mövzusunda maarifləndirici seminar keçirilib.

RTŞ-nin metodistərli tərəfindən keçirilmiş seminarın keçirilməsində məqsəd müvafiq fənnin tədris keyfiyyətinin artırılması və fənnin tədrisində müasir innovativ texnologiyalardan istifadə ilə bağlı məlumat vermək olub.

Keçirilmiş seminar zamanı iştirak edən müəllimlərə “Riyaziyyat fənninin tədrisində müasir innovasiyalar və yaradıcı yanaşma” mövzusunda ətraflı məlumatlar verilib. Seminar iştirakçıların fəal iştirakı ilə diskussiya şəklində davam edib. Müəllimləri maraqlandıran suallar cavablandırılıb.