13.03.2018

"Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsi həyata keçirilir

Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, Şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü ərəfəsində respublika ümumi təhsil məktəblərində təhsil alan IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndərə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi həyata keçirilir.

Mart ayının 13-dən etibarən iki gün müddətində Samux rayon ümumi təhsil məktəblərində təhsil alan IX-XI siniflərdə təhsil alan şagirdlərin iştirakı ilə “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi həyata keçirilməsinə başlanılıb.

Müsabiqə zamanı təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliyi, lüğət ehtiyatının zənginliyi, təqdimatın maraqlı forma əsasında qurulması, Ulu öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata makil olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlara əsaslandırma, təqdimata Ümummilli liderin fikirlərinə istinad etməsi və müvafiq sitatların səsləndirməsi, söylədiyi fikirlərin təsir gücünü artırmaq məqsədi ilə ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatın ruhuna uyğun müvafiq jestlərdən və səs tonundan məqsədyönlü istifadə etməsi, Ulu öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi və qeyd olunmuş müəyyən vaxt içərisində təqdimatını başa çatdırması əsas götürülərək 10 ballıq sistemlə əvvəlcədən təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndirilərək qalib müəyyən ediləcək.