05.04.2018

Samux məktəbliləri Respublika fənn olumpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək

Aprel ayının 7-də Gəncə şəhər Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçiriləcək.

Yarımfinal turunda Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən və Xocalı rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlər iştirak edəcək. Saat 10:00-da başlayan olimpiada 3 saat davam edəcək.

Keçirilmiş fənn olimpiadasında Samux rayon ümumi təhsil məktəblərində təhsil alan IX, X və XI sinif şagirdlərdən 27 nəfər (Coğrafiya fənnindən-7, Biologiya fənnindən-1, Riyaziyyat fənnindən-7, Tarix fənnindən-4, Kimya fənnindən-2 və Azərbaycan dili və ədəbiyyatı fənnindən-6 şagird) iştirak edəcək.

Olimpiadanın yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Yarımfinal turunda 70 faiz və yuxarı nəticə göstərmiş hər fəndən ən yaxşı 60 şagird Respublika fənn olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə edəcək.


Açar sözlər: ,  ,  ,