12.04.2018

Şəhər 2 nömrəli tam orta məktəbdə ingilis dili fənni üzrə intellektual yarış keçirilib

“Təhsildə keyfiyyət ili” çərçivəsində  təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə şəhər 2 nömrəli tam orta məktəbdə VII siniflər arasında şagirdlərin bilik və bacarıqlarının artırılması və nümayiş etdirilməsi məqsədi ilə ingilis dili fənni üzrə intellektual yarış keçirilib.

Yarış məktəbin ingilis dili fənn metodbirləşməsinin əməkdaşları tərəfindən hazırlanmış açıq, qapalı və əyləncə tipli viktorina xarakterli suallar əsasında keçirilib.

VII siniflər arasında keçirilmiş yarışda şagirdlər siniflər üzrə üç komanda şəklində iştirak ediblər. Yarışın sonunda komandalar məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılıb.


Açar sözlər: ,  ,