19.04.2018

Samuxlu məktəblilər GDU-da keçirilmiş fənn olimpiadalarında qalib gəlib

Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş rayon məktəbliləri arasında keçirilən fənn olimpiadalarının mükafatlandırma mərasimi həyata keçirilib.

Samux rayon ümumi təhsil məktəblərindən qeyd edilən fənn olimpiadasındalarında iştirak etmiş məktəblilərdən Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Leyla Qurbanova və Ziyadlı kənd tam orta məktəbin 7-ci sinif şagirdi Mənzurə Həsənova kimya və biologiya fənnləri üzrə qalib gələrək GDU-nin rektoru tərəfindən “Fəxri Fərmanla” mükafatlandırılıb.