21.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 iliyinə həsr olunmuş bilik yarışı keçirilib

Samux şəhər 2 nömrəli tam orta məktəbdə tarix fənnindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş bilik yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual bilik səviyyələrini artırmaq, şagirdlərə asudə vaxtlarının səmərəli təşkil etmələrinə kömək göstərmək olub.

Keçirilmiş yarışda məktəbin VIII, IX və X sinif şagirdləri komanda şəklində bölünərək iştirak ediblər. Şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və görkəmli şəxslər haqqında suallar təqdim edilib. Sonda komandalara təqdim edilmiş suallara daha çox düzgün cavab verən X sinif komandası qalib gələrək məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırılıb.