25.05.2018

Məktəblərarası intellektual oyun keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr olunmuş Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin IX, X və XI sinifləri arasında intellektual oyun keçirilib. Tədbirdə Samux RTŞ-nin müdiri Gülağa Hüseynov, Yeni Azərbaycan Partiyasının Samux rayon komitəsinin sədri Gündüz Bayramov və məktəb rəhbərləri iştirak edib.

Yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual bilik səviyyələrini artırmaq, şagirdlərə asudə vaxtlarının səmərəli təşkil etmələrinə kömək göstərmək olub.

Samux şəhər 3 nömrəli tam orta məktəbin idman zalında keçirilmiş yarışda iştirak edən 34 ümumi təhsil məktəbi təmsil edən şagirdlər hər birində 6 nəfər olmaqla komanda şəklində yarışıblar. Ümumilikdə 3 mərhələdən ibarət oyunda komandalara hər mərhələdə AXC-nin yaranması, fəaliyyəti və tarixi haqqında 12 sual təqdim edilib. 3 saatdan artıq davam edən oyunun sonunda təqdim edilmiş sualların 14-ə düzgün cavab verən şəhər 2 nömrəli tam orta məktəbin komandası I, 13 suala düzgün cavab verərək İnstitut qəsəbə tam orta məktəbin komandası II, ümumi orta məktəb olan Tatlı kənd ümumi orta məktəbin komandası 6 suala düzgün cavab verərək III yerə layiq görülüb. Qalib komandalar fəxri fərmanla mükafatlandırılıb.