04.06.2018

Respublika fənn müsabiqəsində Samux rayonu üzrə 152 şagird iştirak edib

İyun aynın 3-də Samux şəhər 2 nömrəli tam orta məktəbdə  VI və VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçirilib. Keçirilmiş müsabiqədə ümumilikdə 152 nəfər şagird iştirak edib.

Müsabiqə başlamazdan əvvəl şagirdlərə Samux RTŞ-nin məsul işçiləri tərəfindən lazımı təlimatlar verilib. Saat 10:00-da başlayan müsabiqə saat 13:00-da başa çatıb.

Birinci mərhələdə şagirdlərə məntiqi təfəkkürü, qeyri-standart düşünmə qabiliyyətini müəyyən edən 50 tapşırıq təqdim edilib. Müsabiqənin ikinci - final mərhələsində fənn və məntiq olmaqla tapşırıqlar təqdim ediləcək.

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd aşağı sinif şagirdlərin fənlərin dərindən öyrənmələrinə maraq yaratmaq, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin gələcək nümayəndələrini - namizədlərini müəyyən etməkdən ibarətdir.


Açar sözlər: ,  ,  ,