07.06.2018

"İlin şagirdi" müsabiqəsi keçirilib

“Təhsildə keyfiyyət ili” çərçivəsində Samux Rayon Təhsil Şöbəsinin fəaliyyət planına əsasən 2017-2018-ci tədris ilində bir sıra tədbirlər həyata keçirilib. Keçirilmiş tədbirlərin davamı olaraq Samux rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlər arasında “İlin şagirdi” müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin bilik səviyyəsinin müəyyən edilməsi və təhsilin keyfiyyətinin oyrənilməsi olub.

İyun ayının 7-də Samux şəhər 1 nömrəli məktəb-liseydə II-IV siniflər üzrə 32, V-IX siniflər üzrə 30 və X-XI siniflər üzrə 14 nəfər fəal şagirdin iştirakı ilə “İlin şagirdi” müsabiqəsi keçirilib. Müsabiqdə üç qrup üzrə hər qrupa 25 sual təqdim edilib.

Qeyd edək ki, müsabiqənin nəticələri yoxlandıqdan sonra “İlin şagirdi” seçiləcək və Samux RTŞ-i tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılacaq.