13.06.2018

Cari ildə rayon üzrə XI sinifləri 469 nəfər şagird bitirir

2017-2018-ci tədris ilində Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 35 məktəbəhazırlıq qrupunu 587 nəfər uşaq, I siniflərini 942 nəfər, IX siniflərini 670 nəfər,  XI siniflərini 469 nəfər şagird bitirəcək.

Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ilində ümumilikdə 8845 şagird təhsil alıb.

Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.


Açar sözlər: ,  ,  ,