28.06.2018

“İcmalar üçün ingilis dili” layihəsinin yekunu olaraq müəllimlərlə görüş keçirilib

İyun ayının 28-də Təhsil Nazirliyi və BP tərəfindən həyata keçirilən British Council “İcmalar üçün ingilis dili” layihəsinin yekunu olaraq layihədə iştirak etmiş müəllimlərin ingilis dili və metodiki bacarıqları üzrə test nəticələrinin müzakirəsi üçün British Council əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Görüş zamanı qeyd edilmiş layihədə iştirak etmiş 15 müəllim, 3 məktəb direktoru və icma üzvləri iştirak edib. Daha sonra keçirilmiş təlimlər və aparılmış test yoxlamalarının nəticələri ilə bağlı müzakirələr edilib.

Görüşün sonunda “İcmalar üçün ingilis dili” layihəsində iştirak etmiş şəxslər British Council tərəfindən sertfikatla mükafatlandırılıb.