10.09.2018

2018-2019-ci tədris ilində MİQ imtahanı nəticəsində 31 nəfər Samux rayon ümumi təhsil məktəblərinə müəllim təyin olunub

2018-2019-cu tədris ilində Təhsil Nazirliyi tərəfindən iki mərhələdən ibarət olmaqla Müəllimlərin İşə Qəbulu imtahanı həyata keçirilib.

Keçirilmiş imtahanların birinci mərhələsinin nəticəsində 28, ikinci mərhələnin nəticəsində 3 nəfər olmaqla cəmi 31 nəfər şəxs müəllim olmaq hüququ qazanaraq Samux rayon ümumi təhsil məktəblərində müddətsiz işləmək üçün təyin edilib və qeydiyyatdan keçib.

Həmçinin 7 nəfər müəllim ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində Samux rayon ümumi təhsil məktəblərində işləmək hüququ qazanıb.