24.09.2018

"Əlaçı" televiziya layihəsinin seçim mərhələsi keçirilib

6-8 oktyabr tarixlərində Əlaçı televizya layihəsinin 7-ci mövsümünün çəkilişləri planlaşdırılır. Bu səbəbdən 7-ci mövsümdə iştirak etmək üçün məktəblilər arasında seçim turu keçirilib.

Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəbləri üzrə 15 nəfər qız, 15 nəfər oğlan olmaqla 30 nəfər 11-cu sinif şagirdi keçirilən seçim turunda iştirak edib.

Samux, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Kəlbəcər, Daşkəsən, Göygöl, rayonları və Gəncə şəhər ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə keçirilən “Əlaçı” televizya layihəsinin seçim turunda iştirakçılara 50 açıq sual təqdim olunub. Bu turu keçən məktəblilər Bakıda keçiriləcək növbəti tura vəsiqə qazanacaq. Finalın qalibləri isə Televiziya layihəsində iştirak etmək hüququ əldə edəcək.


Açar sözlər: ,  ,  ,