19.10.2018

Lək kənd tam orta məktəbdə biologiya fənnindən açıq dərs keçirilib

Lək kənd tam orta məktəbin VIII sinfində riyaziyyat fənnindən Ağgül Qurbanova tərəfindən açıq dərs keçirilib.

Mövzusu “Sinir sisteminin reflektor funksiyası” olan açıq dərsdə sinif şagirdləri üç qrup (Beyincik, Uzunsov beyin, Arabeyin) üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş “Sinir sisteminin quruluşu necədir?” tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.

Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən Samux Rayon Təhsil Şöbəsinin bir sıra əməkdaşları və fənn müəllimləri tərəfindən müzakirə edilib.


Açar sözlər: ,  ,  ,  ,