13.11.2018

Samux məktəbliləri "Xəmsə" intellektual oyununun zona mərhələsinin qalibi olub

Noyabr ayının 7-də Samux rayon ümumi təhsil məktəbləri arasında “Xəmsə” intellektual oyununun rayon mərhələsi keçirilib. Keçirilmiş rayon mərhələsində Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin komandası qalib gələrək intellektual oyunun zona mərhələsinə vəsiqə qazanıb.

Rayon mərhələsinin qalibi olmuş komanda Göygöl rayonunda keçirilən “Xəmsə” intellktual oyunun zona mərhələsində iştirak edib. Yarış zamanı C qrupunda mübarizə aparan Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin komandası qrupda iştirak edən digər rayon komandalarından daha çox düzgün cavab verib və ümumilikdə 3000 bal toplayaraq C qrupu üzrə yarışı lider olaraq başa vurublar.

Qeyd edək ki, “Xəmsə” intellektual oyununun Göygöl rayonunda keçirilmiş zona mərhələsində qalib olmuş Samux təmsilçiləri, yarışın Naxçıvan Muxtar Respublikasında keçiriləcək Respublika mərhələsində iştirak edəcəklər.