22.11.2018

“Zirvə” intellektual bilik yarışmasının Samux rayonu üzrə seçmə mərhələsi keçirilib

Samux rayon şəhər 3 nömrəli tam orta məktəbin idman zalında ARB Kəpəz televizya kanalının təşkil etdiyi “Zirvə” intellektual bilik yarısmasının seçmə mərhələsi keçirilib. 3 turdan ibarət olan yarışmada rayon üzrə tərkibi 4 nəfərdən ibarət olmaqla 8 məktəb komandası iştirak edib.

Şagirdlərə 1, 2 və 3-cü tur tərkibində hərəsində 8 sual olmaqla 24 sual təqdim olunub. Təqdim olunan sualların 15-ə düz cavab verməklə Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyi təmsil edən komanda 1-ci, şəhər 3 nömrəli tam orta məktəbi təmsil edən komanda isə 12 suala düzgün cavab verərək 2-ci yerə layiq görülüb

Yarışma nəticəsində qalib gələn komandalar “Zirvə” intellektual bilik yarışmasının regional mərhələsinə vəsiqə qazanıblar.