26.11.2018

İbtidai sinif müəllimləri üçün maarifləndirici seminar keçirilib

Samux Rayon Təhsil Şöbəsi metodik mərkəzin metodisti Sabitə Nəsibova tərəfindən rayon ümumi təhsil məktəblərində çalışan ibtidasi sinif müəllimləri üçün maarifləndirici seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd müəllimlərin təhsil sistemində həyata keçirilən yeniliklərlə daha yaxından tanış etmək, onları maraqlandıran sualları dolğun cavablandırmaq olub.

9 ümumi təhsil məktəbdən 36 müəllimin iştirak etdiyi seminarda Summativ qiymətləndirmədə yeni yanaşma, məktəbəhazırıq qruplarında dərs deyən müəllimlərə yeni təlim üsulları və s. məsələlərlə bağlı maarifləndirici söhbətlər aparılıb.

Qeyd edək ki, belə maarifləndirici seminarların digər ümumi təhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.