30.11.2018

Samux Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib

Rayon ümumi təhsil məktəb direktorlarının iştirakı ilə Samux Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib.

İclasın gedişatında Samux Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi və metodik mərkəzin əməkdaşları tərəfindən ay ərzində Samux şəhər 1 nömrəli məktəb-lisey və Ziyadlı kənd tam orta məktəblərində fiziki tərbiyə və gənclərin çağrışa qədər hazırlığıfəninin tədrisi vəziyyəti, təmayül siniflərin və məktəbəhazırlığın təşkili vəziyyəti, Qədili və Hacallı kənd tam ümumi məktəbində I – IX siniflərdə kurikulumun tədrisi vəziyyəti, Lüksunburq kənd tam orta məktəbində tədrisin monitorinqi, həmçinin Məktəbdaxili olimpiadanın keçirilməsi məsələsi və Təhsil Şöbəsinə daxil olmuş ərizə və şikayətlərin təhlili müzakirə edilib.

Sonda Samux RTŞ-nin müdiri Gülağa Hüseynov tərəfindən iclas iştirakçılarına görüləcək işlərlə bağlı tapşırıqlar verilib.


Açar sözlər: ,