03.12.2018

Samux şəhər 2 nömrəli tam orta məktəbdə “Ədliyyəmizin 100 illiyi” adlı tədbir keçirilib

Samux şəhər 2 nömrəli tam orta məktəbdə “Mən kim olacağam” layihəsinin növbəti tədbiri keçirilib. Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində “Ədliyyəmizin 100 illiyi” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunun tərbiyə edilməsi, ixtisas seçimində düzgün maarifləndirmə işinin aparılması olub.

Keçirilmiş tədbirdə Samux rayon Məhkəməsinin şöbə müdirləri və məsləhətçilər iştirak edib. Gedişatda bu peşəyə həvəs və marağı olan şagirdlər qonaq qismində iştirak edən ədliyyə işçilərinə onları maraqlandıran sualları təqdim edib, qonaqlar da öz növbəsində ünvanlanmış sualları ətraflı izahla cavablandırıblar. Daha sonra isə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeir, mahnı və rəqslər nümayiş edilib. Sonda xatirə şəkli çəkilib.