04.12.2018

Sərkar kənd tam orta məktəbdə riyaziyyat fənnindən açıq dərs keçirilib

Sərkar kənd tam orta məktəbin IX sinfində riyaziyyat fənnindən Nərgiz Yusifova tərəfindən açıq dərs keçirilib.

Mövzusu “Kvadratik funksiyanın qrafiki” olan açıq dərsdə sinif şagirdləri üç qrup (Parabola, Hiperbola və Koordinat) üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş “Kvadratik funksiyada A əmsalı, M və N həddləri y=x funksiyasının qrafikinin vəziyyətinə necə təsir edir?” tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.

Şagirdlər həm qrup, həm də cütlərlə verilmiş tapşırıqları həll edib.

Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən Samux Rayon Təhsil Şöbəsinin bir sıra əməkdaşları və fənn müəllimləri tərəfindən müzakirə edilib.


Açar sözlər: ,  ,  ,  ,