06.12.2018

"Kitabxanamızın fəal oxucuları" adlı mütaliə saatı keçirilib

Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə “Kitabxanamızın fəal oxucuları” adlı mütaliə saatı keçirilib.

Mütaliə saatının keçirilməsində məqsəd məktəblilərdə kitab oxumaq vərdişinin inkişaf etdirilməsinə köməklik etmək və mütaliəyə olan həvəsin daha da artırılması olub.

Qeyd edək ki, məktəbdə təhsil alan şagirdlərin oxuduğu sinifdən asılı olmayaraq mütəmadi şəkildə məktəbdə keçirilən mütaliə saatlarında şagirdlər fəal iştirak edir.


Açar sözlər: ,  ,  ,