07.12.2018

Psixoloqlar üçün maarifləndirici seminar keçirilib

Dekabr ayının 7-də Samux Rayon Təhsil Şöbəsinin iclas zalında Samux RTŞ-nin metodik mərkəzin metodisti Sabitə Nəsibli tərəfindən rayon ümumi təhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə maarifləndirici seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd məktəblərdə psixoloji xidmətin səmərəliliyinin artırılması və yeniliklərin psixoloqların nəzərinə çatdırmaq olub.

Gedişatda seminar iştirakçılarına işlərini daha səmərəli qura bilmələri üçün metodik tövsiyələr verilib, psixoloqların əsas iş funksiyaları və məktəblilərlə işləmək metodları haqqında diskussiya şəklində geniş söhbət aparılıb.

Seminarın sonunda isə  “Risk qrupunda olan şagirdlərə sosial-psixoloji və hüquqi yardım göstərilməsi üçün təhsil müəssisələrində məsləhət saatlarının təşkili”, təhsil müəssisələrində tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri barədə maarifləndirici tədbirlərin keçirilməsi və sağlam həyat tərzinin təşviqi iıə bağlı ümumi təhsil müəssisələrində müvafiq tədbirlərin keçirilməsi barəsində tapşırıqlar verilib.


Açar sözlər: ,