11.12.2018

Məktəblilər Gəncə şəhərində yerləşən tarixi abidələrə ekskursiya ediblər

Samux şəhər 1 nömrəli məktəb-liseyin III sinif şagirdləri Gəncə şəhərində yerləşən tarixi abidələrə ekskursiya ediblər.

Ekskursiyanın keçirilməsinin əsas məqsədi şagirdləri ölkəmizin qədimliyi, dahi şəxslərin yaradıcılığı və fəaliyyəti, keçmiş insanların həyat tərzi və s. əyani şəkildə tanış etmək olub.

Keçirilmiş ekskursiya zamanı şagirdlər sinif rəhbəri Esmira Ələkbərovanın rəhbərliyi ilə 1063-cü ilə aid Gəncə Qala Qapıları, Nizami Gəncəvi muzeyi, Nizami Gəncəvi Məğbərəsi, Mir Cəlal Paşayev muzeyi, XVII əsrə aid tarixi Şah Abbas məscidi, Cavad xan türbəsi, Tarix-Diyarşünaslıq muzeyi, iki əsrdən artıq yaşı olan Şüşə ev və tarixi provaslav kilsəsində olublar.