12.12.2018

Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 12 Dekabr Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyev irsi, həyat və yaradıcılığı ilə məktəbliləri maarifləndirmək olub.

Keçirilmiş tədbirlərdə məktəb rəhbərlikləri tərəfindən məktəblilər Samux rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya edib, Ulu öndərin büstü üzərinə gül dəstələri qoyub, həmçinin məktəblərdə anım günü ilə bağlı silsilə tədbirlər həyata keçirilib. Ulu öndərin həyat və yaradıcılığı ilə bağlı video çarxlar nümayiş etdirilib, şagirdlərə geniş məlumat verilib, şagirdlər də öz növbəsində şeirlər və səhnəciklərlə çıxış ediblər.