06.05.2019

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq bilik yarışı keçirilib

     Samux rayon tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında 6 may 2019-cu il tarixində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq intellektual bilik yarışı keçirilib.

     Yarışın keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyev haqqında şagirdlərin biliklərini zənginləşdirmək, onların istedadını, intellektual səviyyəsini, təhlil etmə qabiliyyətlərini üzə çıxarmaqdan ibarət olub.

      Yarışda iştirak edən 23 tam orta məktəbin şagirdlərindən Samux şəhər 2 nömrəli tam orta məktəb və İnstitut qəsəbə tam orta məktəblərinin komandaları eyni nəticə ilə sona qaldıqları üçün əlavə sual verilərək qalib müəyyənləşdirilib. Belə ki, yarışın qalibi Samux şəhər 2 nömrəli tam orta məktəbin komandası olub. 


Açar sözlər: ,  ,