10.05.2019

Ulu Öndərin doğum günü münasibətilə tədbir keçirilib

     Bu gün Samux rayonunda Ümummilli lider Heydər Əliyevin doğum günü munasibətilə  tədbir keçirilib.

    Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, Yeni Azərbaycan Partiyasının əməkdaşları , Samux rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları və rayon ümumtəhsil müəssisələrinin pedoqoji heyəti  iştirak edib. İlk olaraq Samux rayon məktəblilərinin Ulu Öndərə həsr olunmuş müxtəlif əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgiyə baxış keçirildikdən sonra Ulu Öndərin fəaliyyətindən bəhs olunub. Sonda isə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilmiş bilik yarışı və inşa müsabiqəsinin qaliblərinin mukafatlandırılma mərasimi keçirilib.Qaliblər Fəxri Fərman və hədiyyələrlə mukafatlandırılıblar.


Açar sözlər: ,  ,