17.05.2019

Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə təmayül sinifdə monitorinq keçirilib

    Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə 17 may 2019-cu il tarixində Texniki-təbiət təmayüllü 10b  sinfində  riyaziyyat, fizika, kimya, biologiya  fənlərindən monitorinq keçirilib.

       Qeyd edək ki, Samux rayonunda hal-hazırda 7 tam orta məktəbdə təmayül siniflər fəaliyyət göstərir.

   Monitorinqin keçirilməsində  məqsəd  təmayül siniflərdə  təhsil alan şagirdlərin bilik səviyyələrini, habelə təlim standartlarının nə dərəcədə reallaşdırılmasını müəyyənləşdirməkdən ibarətdir. Monitorinq keçirilməsində məktəb rəhbərliyi və məktəbin pedoqoji heyəti iştirak edib.


Açar sözlər: ,  ,