19.05.2019

Samux rayon ümumtəhsil məktəbləri arasında V Respublika fənn müsabiqələrinin rayon(şəhər) mərhələsi keçirilib

       19 may 2019-cu il tarixində Samux  rayon ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.

          Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilib. Qeydiyyatdan keçmiş 252 nəfər şagirddən 228 nəfəri  müsabiqədə iştirak edib.

           Qeyd edək ki,müsabiqənin qaydalarına uyğun olaraq riyaziyyat və informatika fənni üzrə yalnız 6-cı siniflər, fizika, kimya və biologiya fənni üzrə isə yalnız 7-ci siniflər iştirak edib. Şagirdlərə 25 fənn, 25 məntiq sualı olmaqla  cəmi 50 sual təqdim olunub. Müsabiqə Samux şəhər S.Əliyev adına 2 saylı tam orta məktəbdə keçirilib.

             Məktəblilərarası fənn müsabiqəsi ilk dəfə 2015-ci ildə 972 şagirdin iştirakı ilə keçirilib.

          Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.


Açar sözlər: ,  ,