21.05.2019

"Nəsimi İli"nə həsr olunmuş intellektual oyun keçirilib 

     Samux rayon ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında "Nəsimi ili"nə həsr olunmuş intellektual oyun üzrə rayon mərhələsi keçirilib.

    Intellektual oyunun keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək və onların inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir. 

    Samux rayonu üzrə keçirilmiş oyunun rayon mərhələsində mövcud qaydalara əsasən hər bir məktəbin 6(altı) nəfər şagirddən ibarət komandaları iştirak edib. İntellektual oyunun nəticələrinə əsasən  İnstitut qəsəbə tam orta məktəbin komandası birinci yerə layiq görülərək zona turunda iştirak etmək hüququnu qazanıb. 


Açar sözlər: ,