28.06.2019

Samux rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib

İyun ayının 28-də rayom ümumtəhsil məktəb direktorlarının iştirakı ilə Samux rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib.

İclasın gedişatında Samux RTŞ-nin aparıcı məsləhətçiləri tərəfindən Samux rayon ümumtəhsil məktəblərində təhlil edilmiş IX-XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin  müzakirəsi edilib.

Qeyd edək ki, Samux rayonunda 2018-2019-cu  tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarında IX siniflər üzrə 686 nəfər,  XI siniflər üzrə isə 435 nəfər iştirak edib.

Sonda Samux RTŞ-nin müdiri Gülağa Hüseynov tərəfindən iclas iştirakçılarına görüləcək işlərlə bağlı tapşırıqlar verilib.


Açar sözlər: ,  ,