12.07.2019

Attestatların verilməsinə başlanılıb

           Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb.

             Tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.

            Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, yekun attestasiyanın nəticələri yəni, illik qiymət və imtahan balları yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

                 2018-2019-cu tədris ili üzrə rayon ümumi təhsil müəssisələrinə 4 ədəd tam orta təhsil haqqında fərqlənmə və 430 ədəd  tam orta təhsil haqqında adi attestat,  7 ədəd ümumi orta təhsil haqqında fərqlənmə və 687 ədəd ümumi orta təhsil haqqında adi  attestatlar veriləcək. Fərqlənmə nümunəli attestatın üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.

               Qeyd edək ki, attestatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.


Açar sözlər: ,