23.08.2019

Samux rayonunda 2018-2019-cu tədris ili üzrə ali məktəblərə qəbul olmuş məzunlarla tədbir keçirilib

Avqustun 23-də  Samux rayonunda 2018-2019-cu tədris ili üzrə rayon ümumtəhsil müəssisələrindən ali məktəblərə qəbul olmuş məzunlarla tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Başçısı və əməkdaşları, Samux Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları, rayon ümumtəhsil müəsisələrinin müəllimləri, valideynlər və ali məktəbə qəbul olmuş məzunlar iştirak ediblər.

Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bütün təhsil işçilərini, müəllimləri, valideynləri və ali məktəbə qəbul olmuş məzunları təbrik etdi və məzunlara gələcək həyatlarında uğurlar arzu etdi.

Tədbirdə çıxış edən Samux Rayon Təhsil  Şöbəsinin müdiri Gülağa Hüseynov bildirdi ki, 2018-2019-cu tədris ilində Samux  rayon ümumtəhsil müəssisələrinin XI sinfini 437 nəfər şagird bitirmiş, bu şagirdlərdən 171 nəfəri ali məktəbə qəbul olmuşdur.

Ali məktəbə qəbul olmuş məzunların 2 nəfəri 600-dən,  20 nəfəri 500-dən, 39 nəfəri 400-dən, 54 nəfəri isə 300-dən yüksək bal toplamışdır.

Sonda məzunlar gül və müxtəlif hədiyyələrlə mukafatlandırılıb.


Açar sözlər: ,  ,