06.09.2019

 Təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib  

Goranboy rayon Mədəniyyət Mərkəzində Naftalan şəhər, Goranboy, Samux və Xocalı rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

         Müşavirədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru,  Emin Əmrullayev, Naftalan şəhər, Goranboy, Samux və Xocalı rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə təhsil şöbələrinin müdirləri hesabat məruzəsi ilə çıxış ediblər.

Daha sonra Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru,  Emin Əmrullayev hesabatlara öz münasibətini bildirib. Emin Əmrullayev ötən tədris ilində görülən işlərdən danışıb, qarşıda duran hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Təhsil sahəsində bu ildən tətbiq olunan yeniliklər, perspektiv məsələlərdən bəhs edib, konfransda iştirak edən rayonların keyfiyyət göstəriciləri barədə məlumat verib.

Sonda yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,